Barbaros, Batı Ataşehir Ağaoğlu My Newwork No: 3 34746 Ataşehir/İstanbul

Bizi izlə!

Lipofilinq

Lipofilinq

Yağ inyeksiyası ilə sinə böyütmə dolğu istifadə etməyə üstünlük verməyən insanlar üçün alternativ sinə böyütmə üsuludur. Vaser liposaksiya üsulu ilə alınan piylərin maye halına salınaraq mərhələli şəkildə sinəyə yeridilməsi prosesidir.

 

 

Sinəyə Yağ Köçürülməsi Necə Edilir?

Sinəyə yağ köçürməsi eyni anda iki prosedur deməkdir. İlk addım vaserli liposaksiyadan istifadə edərək həcmli nahiyələrdən yağları çıxarmaqdır ki, bu da artıq nahiyələrin korreksiyası deməkdir.

Növbəti addım, sinəni təbii görünüşü olacaq şəkildə formalaşdırmaq və böyütmək üçün yağ köçürülməsini diqqətli şəkildə tətbiq etməkdir. Əməliyyat zamanı istədiyiniz nahiyəyə daha çox yağ yerləşdirilir, çünki əməliyyatdan sonra bədəndə müəyyən qədər yağ sorulması baş verir. Yağın digər nahiyələrədən çıxarıldıqdan sonra sürətli şəkildə köçürülməsi yağları canlı saxlamağın ən əhəmiyyətli yoludur.

 

 

 

 

 

 

Sinəyə Yağ Köçürülməsindən Sonra Sağalma Prosesi

Liposaksiya üçün bərpa müddəti cəmi bir neçə gündür. Sinəyə yağ köçürülməsi çox kiçik aörılara ağrıya səbəb olur. Çox güman ki, kəsik yerlərinin ətrafında cuzi şişlik və göyərmə müşahidə edəcəksiniz, lakin bu müddət ərzində heç bir əhəmiyyətli ağrı hiss etməyəcəksiniz. İlk üç-dörd gündə rahatlığınızı artırmaq üçün ağrıkəsici dərmanlar qəbul edilə bilər. İynələrə görə sinədəd azca ağrı ola bilər, lakin bu narahatlığın da qısa müddətli olması gözlənilir.

Əksər fəaliyyətlərə təxminən dörd gün ərzində qayıdıla bilər, lakin əməliyyat sahəsinin sağalması üçün kifayət qədər vaxt vermək üçün ən azı iki həftə ağır idmandan qaçınmaq lazımdır. Sinənizə həddindən artıq təzyiq etməmək üçün bu müddət ərzində üz üstə yatmamalısınız.

Liposaksiya əməliyyatı olunan bölgədə və sinədə istifadə etməli olduğunuz xüsusi korset və büstqalterinizi minimum 6 həftə istifadə etmək, şişlərin formalaşmasında və qarşısının alınmasında sizə kömək olacaqdır.

Sinə Böyütmə Əməliyyatında Yağ İnyeksiyasının Üstünlükləri

  • Əməliyyatda kəsik açılmır.
  • Liposaksiyada yalnız inyeksiya iynələri və kanül istifadə edilir.
  • Sinə böyütməklə yanaşı, bədəndən artıq piylərin çıxarılması.
  • Silikon protez kimi yad maddələrin bədənə qoyulmaması.
  • Köçürülən yağ toxumasının 40-50%-i ömür boyu qalıcıdır.
  • Müraciətdən dərhal sonra şəxsin gündəlik həyatına davam edə bilməsi.

Sinə Böyütmə Əməliyyatında Yağ İnyeksiyasının Mənfi Cəhətləri

  • Sinədə deformasiya varsa, ona təsir etmir.
  • Sinəni dikləşdirməklə bağlı heç bir təsiri yoxdur.
  • Böyük ölçü arzulayan xəstələr üçün uyğun bir üsul deyil.

• Bədənində kifayət qədər yağ toxuması olmayan xəstələrə tətbiq edilə bilməz.

TEZ NÖVBƏYƏ YAZIL