QOL GƏRMƏ NƏDİR?
Qollarda zamanla sallanma və boşalmaların görüntüsü qol gərmə əməliyyatı ilə aradan qaldırılaraq estetik görünüş əldə edilir.
Zamanla tez-tez çəki artımı, cazibə qüvvəsinin təsiri və dərinin elastikliyinin illər ərzində zəifləməsi qolun sallanmasına səbəb olur.
Böyük nahiyələrdə sallanma üçün edilən məşqlər faydalı olmaya bilər. Bir çox insan bu sallanma olan nahiyələri geyimlərlə örtməyə çalışır. Yay mövsümündə isə sallanmaları gizlətmək çətindir.
Geyimlərinizi qollarınızıda olan sallanmaları düşünərək seçmək istəmirsinizsə, qol gərmə əməliyyatı sizin üçün xilaskar ola bilər. Qolların gərmə əməliyyatı ilə qollar canlı və estetik görünüşlü olur. İllər keçdikcə çəki artımı və azalması, cazibə qüvvəsi və zamanla dərinin elastikliyinin zəifləməs qol dərisinin sallanmasına səbəb ola bilər.
Xüsusilə böyük nahiyələrdə sallanma üçün edilən məşqlər faydalı olmaya bilər. Şəxslər sallanan nahiyələri geyimlərlə örtməyə çalışır, lakin çox vaxt effektiv nəticə əldə edilmir, xüsusən də yay aylarında sallanmaları gizlətmək çox çətinləşir.
Qol dərisindəki bu sallanmalar qol gərmə əməliyyatı ilə estetik görünüşünə qovuşdurulur.
Dəridə sallanmalar qoltuqaltı nahiyəsində və ya qoltuqdan başlayaraq dirsəklərə qədər uzanan xəttdə baş verir.
Sallanmaların altındakı yağ təbəqəsi nazik və ya qalın ola bilər. Bütün bu vəziyyətlər gərmə əməliyyatının gedişatına təsir edir. Qol gərmə əməliyyatı ilə qolun üst və arxa hissələrinin boşalmış və sallanmış görünüşü aradan qaldırılır.
Burada sallanan dərinin bir hissəsi çıxarılır və ya dartılır. Qol gərmə əməliyyatı ilə qollar canlı və estetik olur.
Geyim seçərkən qollarınızın sallanan görünüşündən narahat olmaq istəmirsinizsə, qol qaldırma əməliyyatı sizin üçün xilaskar olacaqdır.
QOL GƏRMƏ ƏMƏLİYYATI KİMLƏRƏ EDİLİR?
Qol gərmə bir çox insanın ehtiyac duyduğu əməliyyatdır. Qollarda olan dəyişiklikləri ortadan qaldırır və sallanma problemini həll edir. Qol gərmə əməliyyatı bir çox şikayətləri həll etmək üçün edilə bilər.
Qol gərmə əməliyyatı yaşla bağlı olaraq artan və bir çox insanın ehtiyac duyduğu əməliyyatdır.
Xüsusən də qısa müddətdə çəki artımı və azalması olubsa, dərinin sallanması idmanla düzəlməyəcək bir hal alır. Müxtəlif səbəblərdən dolayı qollarda çatlar və qırışlar görülə bilər.
Gərmə əməliyyatı planlaşdırılarkən bu çatlamış nahiyədəki dəri çıxarılır və həm gərmə aparılır, həm də çatların yaranmasının qarşısı alınır. Uyğun xəstələrdə liposaksiya ilə birlikdə qol qaldırma əməliyyatı da edilə bilər.
Qol qaldırma əməliyyatlarına ümumiyyətlə daha irəli yaşlarda üstünlük verilir, 18 yaşından əvvəl tövsiyə edilmir. Əməliyyat ümumi anesteziya altında aparılır.
QOL GƏRMƏ ƏMƏLİYYATI NECƏ EDİLİR?
Əgər qolun sallanması yalnız qoltuqaltı nahiyədə baş veribsə, boşalmış dəri dartılıb bir nahiyədə gizlədilə olar.
Əgər sallanma qoltuqaltından başlayıb dirsəyə qədər uzanırsa, dərini tək nahiyəyə yığıb gərmək mümkün deyilsə, sallanan dəri hissəsi kəsilərək götürülməlidir.
Uyğun xəstələrdə dəri gərmə əməliyyatı ilə birlikdə liposaksiya da tətbiq edilir.
Gərmə əməliyyatından sonra kiçik də olsa çapıq qalır, bu çapıq sizi narahat edəcəksə, hörümçək toru estetik əməliyyatı edə bilərsiniz.
Hörümçək toru estetik əməliyyatı heç bir iz saxlamayan bir gərmə əməliyyatıdır, lakin qol qaldırma qədər qalıcı deyil.
Qol qaldırma əməliyyatında xəstəyə lokal anesteziya və ya ümumi anesteziya tətbiq oluna bilər. Əməliyyat orta hesabla 2 saat çəkir.
Lokal anesteziya ilə aparılan əməliyyatlardan sonra xəstə dərhal evə buraxıla bilər. Ümumi anesteziyadan istifadə edən şəxslərbir gün xəstəxanada qalmalıdır.
QOL GƏRMƏ ƏMƏLİYYATININ SAĞALMA VƏ TƏSİR MÜDDƏTİ
Qol gərmə əməliyyatları əsasən qalıcı nəticələr verən əməliyyatlardır. Əgər əməliyyat erkən yaşda edilibsə və ya əməliyyatdan sonra sürətli çəki artımı və itkisi olubsa, yenidən sallanmalar baş verə bilər.
Həkiminizin tövsiyə etdiyi kimi bərpa prosesi tamamlanarsa, gündəlik iş həyatına qayıtmaq daha az vaxt aparacaq.
Əməliyyatdan sonra bölgə iki gün ərzində nəm olmamalıdır. İki gündən sonra duş qəbul etməkdə problem yoxdur. Əməliyyatdan iki gün sonra gündəlik işə başlamaq olar.
Bu işləri yerinə yetirərkən qolların hərəkətlərini məhdudlaşdırmaq lazımdır. Əməliyyatdan iki ay sonra qolların aktiv istifadə edildiyi idman növləri ilə məşğul olmaq mümkündür.
Əməliyyatdan qalan çapıqlar zamanla azalacaq. Həkiminiz ilk günlər elastik sarğı tövsiyə edə bilər.
Sağalma prosesinin başlarında qolları ürək səviyyəsindən yuxarı tutmaq vacibdir. Siqaret çəkmək kimi sağalma prosesinə mənfi təsir göstərən vərdişlərdən uzaq durmaq lazımdır.
DİQQƏT EDİLMƏLİ OLANLAR
Qol qaldırma əməliyyatından əvvəl və sonra nəzərə alınmalı olan məqamları aşağıdakı kimi sadalaya bilərik:
- Əməliyyatdan bir ay əvvəl siqareti tərgitmək tövsiyə olunur.
- Əməliyyatdan əvvəl dayandırılması lazım olan dərmanlar ola bilər, istifadə etdiyiniz dərmanlar haqqında həkiminizə tam məlumat verilməlidir.
- Əməliyyatdan sonra iki gün duş qəbul edilməməli, yara sahəsi nəm olmamalıdır.
- Əməliyyatdan sonrakı ilk günlərdə qolları ürək səviyyəsindən bir qədər yuxarıda saxlamaq məsləhətdir.
• Həkiminizin tövsiyələrinə əməl etmək vacibdir.