Barbaros, Batı Ataşehir Ağaoğlu My Newwork No: 3 34746 Ataşehir/İstanbul

Bizi izlə!

Liposakşn

LİPOSAKSİYA (PİY ALDIRMA) NƏDİR?

Bədənin müəyyən hissələrində yağ yığılması nəticəsində bədəndə meydana gələn uyğunsuz görüntünün aradan qaldırılması üçün tətbiq edilən prosedurlardır.

İdman və məşqlərlə piylərdən xilas olmağın mümkün olmadığı hallarda, xüsusən də bölgəsəl yağlanmaları olan insanlarda cərrahi üsullar dövrəyə girərək  xəstələri bu görünüşdən xilas etməyi hədəfləməkdədir.

Xəstələri bölgəsəl yağlanmalardan  azad etmək üçün inkişaf etdirilən ən uğurlu üsullardan biri də liposaksiya, yəni piylərin çıxarılmasıdır.

Liposaksiyanın bir çox mənası olmasına baxmayaraq, bu, əsasən cərrahi üsullarla bədəndən yağların çıxarılmasını ifadə edən tibbi bir termindir.

Məqsəd arıqlamaq deyil, bədənin görünüşünü balanssızlaşdıran bölgəsəl yağ yığılmasından xilas olmaqdır. Bu gün daha çox klassik liposaksiya və son zamanlar vaser liposaksiya metodlarından istifadə edilir.

Texnikanın inkişafı ilə piy toxumalarının ən zərərsiz şəkildə çıxarılmasına və xəstənin rahatlığının artırılmasına əsaslanır.

LİPOSAKSİYA (PİY ALDIRMA) KİMLƏRƏ EDİLİR?

Liposaksiyanın əsas məqsədi bölgəsəl piylərin çıxarılmasına əsaslanır. Prosedur ümumiyyətlə regional yağlanmadan əziyyət çəkən hər kəs üçün edilə bilər.

Xəstələr genetika və qidalanma ilə bağlı olan regional yağlanmadan şikayətlənirlər.

Prosedurdan ən effektli nəticə əldə etmək və onu qalıcı etmək üçün əməliyyatdan sonra həkiminin tövsiyələrinə diqqət yetirməlidir.

Liposaksiya insanın öz bədənindəki yağ toxumaları vasitəsi ilə ediləcək dolğu əməliyyatları üçün də tətbiq edilir.

Bu məqsədlə liposaksiyada əsas məqsəd bölgəsəl yağlanma olan nahiyədən piylərin götürülərək çökmüş nahiyələrə yeridilməsidir.

 

 

 

LİPOSAKSİYA ƏMƏLİYYATI NECƏ EDİLİR?

Liposaksiya əməliyyatına keçməzdən əvvəl hansı nahiyələrdə nə cür problemlərin olduğu dəqiq şəkildə analiz edilir.

Analiz verildikdən sonra liposaksiyanın digər əməliyyatlarla birlikdə edilib edilməməsinə qərar verilir.

Bu prosesin davamında hansı nahiyədən nə qədər piy alınacağı müəyyən edilir. Xəstənin psixologiyasının əməliyyata hazır olması ilə cərrahi müdaxilə prosesinə start verilir.

Liposaksiya yerli və ya vəziyyətdən asılı olaraq ümumi anesteziya altında həyata keçirilən, orta hesabla iki saat arasında davam edən ciddi bir əməliyyatdır.

Yağın alınacağı nahiyəyə maye yeridilməsi və ya ultrasəs dalğası göndərilməsi ilə piy hüceyrələri parçalanır.

Piy hüceyrələrinin parçalanması ilə nahiyədə kiçik kəsiklər edilir və bu kəsiklərdən xüsusi vakuumun köməyi ilə nahiyədəki parçalanmış piy toxumaları vakuumla sovurulur.

Lazım gələrsə, çıxarılan yağ başqa nahiyəyə yeridilə bilər. Bu liposaksiya və təkrar inyeksiya prosesi əməliyyatın müddətini uzada bilər.

Son zamanlar klassik liposaksiya texnikasından ilham alınaraq vaser liposaksiya kimi bir çox metodlar işlənib hazırlanmış və klinik praktikada uğurlu nəticələr əldə etməyimizə şərait yaratmışdır.

DİQQƏT EDİLMƏLİ OLANLAR

Liposaksiya ilə həyata keçirilən əməliyyatlar praktiki cərrahdan ciddi bir iş və səy tələb edir.

Əməliyyatdan əvvəl cərrahınızın tövsiyələrinə ciddi əməl etməklə fiziki hazırlıq aparılmalıdır. Qan durulaşdıran dərmanlar, siqaret və alkoqol vərdişlərindən uzaq durmaq lazımdır.

Əməliyyatdan əvvəl və sonra həkiminizin verdiyi pəhriz proqramına dəqiq şəkildə əməl edilməlidir. Erkən dövrdə xəstə 5-7 gün ərzində sosial həyatına qayıda bilər.

  • Əməliyyatdan əvvəl mütəxəssis həkimin tövsiyələrinə ciddi əməl edilməklə fiziki hazırlıq aparılmalıdır. Qan durulaşdıran dərmanlardan, siqaretdən və spirtli içkilərdən uzaq durmaq lazımdır.
  • Əməliyyatdan əvvəl və sonra həkiminizin verdiyi pəhriz proqramına dəqiq şəkildə əməl edilməlidir.
  • Xəstə erkən dövrdə sosial həyatında heç bir problem yaşamayacaq şəkildə hərəkət edə bilər.

• Əməliyyatda cərrahi kəsiklər edildiyi üçün xəstə şəxsi gigiyenasına maksimum dərəcədə diqqət yetirərək infeksiya riskindən qaçmalıdır.

TEZ NÖVBƏYƏ YAZIL