Stem Shot
Stem Shot proseduru insanın öz piy toxumasından kök hüceyrələrin alınıb penise köçürülməsidir.
Stem Shot proseduru kök hüceyrələrin insanın öz piy toxumasından penise köçürülməsidir. Penis təsirləndikdə içi qanla dolan süngər formalı bir quruluşa malikdir. Kök hüceyrələr penisdə əzələ rolunu oynayan süngər toxumasına çevrilir və bu toxumanın öz funksiyasını bərpa etməsini təmin edir.
Ereksiya problemi olan xəstələrdə kök hüceyrə terapiyası həm müalicə asanlığı, həm də müsbət nəticələr baxımından dünyada erektil disfunksiya müalicəsində yeni üsulu kimi istifadə edilir.
Müalicə hər yaşdan olan ereksiya problemi yaşayan xəstələrə tətbiq oluna bilər.İnsandan təxminən 50 sm3 piy toxuması alındıqdan sonra fermentativ reaksiya tətbiq edilir. Burada 5 sm3 qədər kök hüceyrə sahib olan maye əldə edilir.
Bu maye penisin sağ və sol tərəflərinə, ereksiya hissələrinə yeridilir. Prosedur yalnız bir dəfə edilir. Təsir müddəti insandan insana dəyişir. 6-cı ayın sonuna və ya 9-cu aya və ya hətta 1 ilə qədər təsir etməsi mümkündür.