Penis ESWT (Ekstrakorporal şok dalğa terapiya)
ESWT terapiyası, yəni şok dalğa terapiyası aplikator başı vasitəsilə bədəndən kənarda yaranan şok təzyiq dalğalarının bədənin müalicə edilməli olan nahiyəsinə fokuslanmasına əsaslanan yeni müalicə üsuludur. Şok dalğaları yüksək təzyiqli səs dalğalarıdır. Həmçinin ESWT xroniki prostatit hallarında müalicə üsulu kimi qəbul edilmişdir. ESWT, təxmini 10 ildir yeni müalicə sahələri;
Erektil disfunksiya (penisdə ereksiya problemləri )
Peyronie xəstəliyi (penisin əyriliyinə və ağrılı ereksiyaya səbəb olan sərt toxumalar)
Xroniki prostatit
ESWT Necə Təsir Göstərir?
Bu müalicə üsulu narahat olduğunuz bölgədəki toxumanın qan hərəkətini artırır, bədənin öz müalicə mexanizmlərinin işə düşməsini təmin edir. Bundan əlavə zədələnmiş vətər və toxumaların bərpasını təmin edərək müalicəni tamamlayır.
ESWT (Ekstrakorporal şok dalğa terapiya) Hansı Xəstəliklərdə İstifadə Edilir?
Urolologiya üzrə; Erektil disfunksiya, Peyronie xəstəliyi, xroniki prostatit
Ortopediyada; Əzələ-skelet sistemi tendoniti Tenosinovit
Daxili xəstəliklərdə; Diabetik Ekstremite Yaraları
Kardiologiyada koronar arterioskleroz Hallarında tətbiq olunur
ESWT (Ekstrakorporal şok dalğa terapiya) Necə Edilir?
ESWT prosedurunda yumşaq toxuma seanslarında müalicə müddəti 5 ilə 20 dəqiqə arasındadır. 3 və 5 seans edilməkdədir. 5-7 gün fasilə ilə edilən 3 və 5 seansdan sonra sağalma sürətlənir və 4 və 6 həftə ərzində ağrı və şikayətlər böyük ölçüdə aradan qalxır, xəstənin həyat keyfiyyəti yüksəlir.
ESWT Terapiyasının Üstünlükləri Nələrdir?
ESWT ağrısızdır və anesteziya tələb etmir. Xəstə ambulator müalicə alır və tez zamanda müsbət nəticələr alır. Bu müalicə üsulu xəstə üçün qalıcı olsa da, qənaətcil bir müalicə üsuludur. ESWT müalicəsinin dəridə yüngül qızartı və ya şişlikdən başqa heç bir əhəmiyyətli yan təsiri yoxdur. Xəstələr müalicə seanslarından sonra gündəlik işlərinə davam edə bilərlər. Bu günlərdə tətbiq edilən ən son texnoloji üsuldur, anesteziya və dərmansız qısa müddətdə 80%-dən 90%-ə qədər qalıcı sağalma təmin edir.
ESWT (Ekstrakorporal şok dalğa terapiya) Kimlərə Tətbiq Edilmir?
Penis bölgəsində xərçəng xəstəliyi olan
Ciddi qanaxma xəstəliyi olanlarda
Penis protezi (xoşbəxtlik çubuğu) diaqnozu qoyulan xəstələrə tətbiq edilə bilməz.
Xəstə Nə Zaman Nəticə Əldə Edir?
İlk seansdan sonra 1 həftə ərzində ağrıda azalma müşahidə oluna bilər. Ancaq qalıcı sağalma üçün təxminən 8-12 həftə gözləmək lazımdır.
ESWT-nin Güvənliliyi
ESWT-nin qalıcı yan təsirləri görülməmişdir. Müalicə zamanı minimal ağrı ola bilər.Bu normaldır.