Kompozit Vinir Gülüş Dizaynı
Estetik stomatologiyanın əsas tətbiq sahələrindən biri olan kompozit vinir, dişlərə zərər vermədən dişin rəngini, formasını dəyişdirmək, böyütmək və ya qüsurunu müalicə etmək və dişə estetik görünüş vermək məqsədi ilə kompozit materialla diş səthlərində edilən estetik və kosmetik restorasiyadır.
Qırılmış dişlərin bərpasında, dişlər arasındakı boşluqların doldurulmasında, dişlərin uzunluğunu artırmaqda, dişlərin rənglərinin dəyişdirilməsində və gülüş dizaynında uğurla istifadə olunur.
Tətbiq ediləcək seansların sayına və həyata keçiriləcək prosedura görə orta hesabla 30-60 dəqiqə çəkir. Ağız gigiyenasına diqqət yetirilərsə, kompozit vinir uzun illər istifadə edilə bilər.
Lakin çox sərt və qabıqlı qoz-fındıq yeyilməməli, bərk əşyalar dişlənməməmli və dişlə qırılmamalıdır.
Farfor vinirləri ilə müqayisədə kompozit vinirlər daha tez rəng dəyişir və hər 6 aydan bir yoxlanılmalı və lazım olduqda cila yenilənməlidir.
Bundan əlavə, kompozit vinirlər qırıldıqda asanlıqla və tez düzəldilə oluna bilsə də, farfor vinirlərdə bu proses daha çətindir.