Barbaros, Batı Ataşehir Ağaoğlu My Newwork No: 3 34746 Ataşehir/İstanbul

Bizi izlə!

BOYUN GƏRMƏ ƏMƏLİYYATI

BOYUN GƏRMƏ ƏMƏLİYYATI NƏDİR?

Cərrahi üsullarla çənə ilə boyun nahiyəsi arasında əmələ gələn piy qatının və sallanmanın bərrpa prosesinə boyun gərmə estetik əməliyyatı deyilir.

Əməliyyat üsulu üz gərmə əməliyyatlarında istifadə edilən üsulla tamamilə eynidir. Çox vaxt üz gərdirmə əməliyyatı tətbiq edilərkən xəstəyə boyun estetikası da tətbiq edilir.  Gərmə prosesi ilə yanaşı liposaksiya üsulu ilə bu nahiyədəki piylər də çıxarılır.

Yaş, genetik meyl və cazibə qüvvəsi kimi faktorların təsiri altında çənə ilə boyun arasındakı bucaq pozulur və şaquli mövqe aşağıya doğru dəyişir.

Çənə ilə boyun arasındakı yastılaşmış bucağa yağ yığılmasından sonra, nahiyə buxaq deyilən bir vəziyyət alır və bu görünüş insanı yan profillərdən yaşlı və kök göstərir. Nahiyədə olan piylər blok şəklində olduğu üçün estetik əməliyyatdan başqa müalicəsi çətinləşir.

BOYUN GƏRMƏ ƏMƏLİYYATI KİMLƏRƏ EDİLİR?

Boyun gərmə əməliyyatı, boyun və çənə bölgəsində normal olaraq doxsan dərəcəyə yaxın olması lazım olan bucağın pozulduğu və üfüqi istiqamətdə azalmağa başladığı şəxslərə tətbiq edilir.

Bu nahiyənin bucaq baxımından bu tərifə uyğun olması ilə yanaşı, çənə altında piy yığılmağa başladığı zaman buxaq kimi təsvir edilən görünüş ortaya çıxır və bu görünüş xəstənin real yaşından daha çox göstərməsinə səbəb olur.

Bu yağ yığılması hadisəsinin əsas səbəblərini yaş, genetika və artıq çəki kimii saymaq olar.

Əməliyyatın aparılacağı yaş qrupu ümumiyyətlə otuz beş və yuxarıdır. Bu yaşlardan sonra bədən estetik cəhətdən pozulmağa başlayanda insanlarda ümumi bir estetik narahatlıq yaranır.

Bu narahatlıqların biri də boyun bölgəsidir. Boyun nahiyəsində sallanma, qırışlar və yağ yığılması kimi normal problemlər şəxslərdə qocalma hissinə səbəb olur.

Şəxslər ümumiyyətlə üz gərmə kimi əməliyyatlarla birlikdə boyun gərdirmə əməliyyatları keçirir və üz bölgəsinin görünüşünü daha gənc, təbii və estetik hala gətirməyi hədəfləyirlər.

 

 

BOYUN GƏRMƏ ƏMƏLİYYATI NECƏ EDİLİR?

Xəstənin gözləntiləri anladıqdan və əməliyyat planlaması edildikdən sonra əməliyyat mərhələsinə başlanır. Ümumiyyətlə lokal anesteziyadan istifadə olunsa da, bəzi hallarda ümumi anesteziya da seçilir. Boyun nahiyəsində həddindən artıq sallanmış dəri uyğun nahiyələrdən çıxarılaraq gərmə tətbiq edilir.

Eyni seansda liposaksiya tətbiq edilir və çənə altındakı buxaq nahiyəsində yığılan piylər çıxarılaraq boyun gərmə əməliyyatı tamamlanır. Bəzi hallarda dartılma yalnız liposaksiya ilə əldə edilə bilər.

 

DİQQƏT EDİLMƏLİ OLANLAR

Boyun qaldırma, yəni buxaq estetik əməliyyatı, anesteziya altında edilən əməliyyata aiddir. Əməliyyat zamanı cərrahi kəsiklər və liposaksiya kimi texnikalarla birlikdə istifadə edilir. Belə bir əməliyyatdan əvvəl və sonra nəzərə alınmalı olan bəzi məqamlar var.

  • Əməliyyatdan əvvəl mütəxəssis həkimin verdiyi tövsiyələrə ciddi əməl edilməlidir.
  • Siqaret və alkoqol kimi müalicəyə mane olan vərdişlərdən imtina edilməlidir.
  • Sağalma tamamlanana qədər əməliyyat nahiyəsində ödemin və şişkinliyin qarşısını almaq üçün bandajdan istifadə edilməlidir.

BOYUN GƏRMƏ ƏMƏLİYYATININ ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?

Boyun gərmə, yəni buxaq estetik əməliyyatı metodu və məqsədindən irəli gələn müxtəlif üstünlükləri var. Əməliyyatın digər estetik əməliyyatlarla birlikdə tətbiq oluna bilməsi digər bir üstünlükdür.

  • Yaşlanma, genetik və cazibə qüvvəsi səbəbiylə meydana gələn buxaq, estetik əməliyyatdan sonra yox olur və insan daha gənc və estetik görünən boyun görünüşü ilə sosyal həyatına davam edir.
  • Əməliyyat üz gərdirmə və rinoplastika kimi üz estetikası ilə bağlı əməliyyatlarla birlikdə tətbiq olunmağa uyğundur.
  • Əməliyyatdan sonra boyun nahiyəsində qırışlar və yağ yığılması nəzərəçarpacaq dərəcədə azalır.
  • Əməliyyat, vəziyyətdən asılı olaraq local və ya ümumi anesteziya altında mütəxəssis həkimlər tərəfindən edilən əməliyyatdır. Əməliyyat nəticəsində əldə edilən estetik görünüş insanın sosial həyatında daha uğurlu olmasına gətirib çıxarır.

 

BOYUN GƏRMƏ ƏMƏLİYYATININ SAĞALMA PROSESİ

Boyun gərmə yəni buxaq əməliyyatından sonra sağalma prosesi xəstəxanada qalma və xəstəxanadan çıxdıqdan sonra evdə istirahətdən ibarətdir.

  • Əməliyyatdan sonra ödemin və şişkinliyin qarşısını almaq üçün xəstəyəelastik sarğı qoyulur.
  • Əməliyyatdan sonra göyərmə, ağrı, ödem və uyuşma müşahidə oluna bilər.

• Gərmə əməliyyatı və liposaksiya ilə istədiyiniz nəticənin əldə edilməsi üçün həkiminizin tövsiyələrinə əməl etməlisiniz. Əməliyyatdan sonra siqaret və spirtli içki istifadəsi sağalmanı gecikdirəcək və mənfi təsir göstərəcəkdir.

TEZ NÖVBƏYƏ YAZIL