Barbaros, Batı Ataşehir Ağaoğlu My Newwork No: 3 34746 Ataşehir/İstanbul

Bizi izlə!

Klassik Otoplastika

OTOPLASTIKA ESTETIK ƏMƏLIYYATI NƏDIR?

Şəlpə qulaq əməliyyatına otoplastika deyilir. Bu əməliyyatda qulaqcıq və qulaq məməsindəki deformasiyalar və ya xəstəni narahat edən qulaq ölçüləri istənilən formaya gətirilir.

Otoplastika əməliyyatı orta hesabla 30 dəqiqə – 1 saat çəkir və çox rahat şəkildə sağalır. Böyük və ya əyri qulaqlar hər yaşda insanda özünə inamsızlığa, kompleksə səbəb ola bilər.

Xüsusilə məktəbli uşaqlar fiziki xüsusiyyətlərinə görə cəmiyyətdən kənarda qala bilərlər. Otoplastika qulaq qığırdaqlarının ölçüsünü və deformasiyalarını aradan qaldırmağa yönəlmiş əməliyyatdır. Əməliyyatlı və ya əməliyyatsız (iplə) şəkildə edilə bilər.

Qeyri-cərrahi – iplə edlən prosedurun nəticələri əsasən qalıcı olmadığı üçün onlara üstünlük verilmir. Nəticənin qalıcılığı üçün ümumiyyətlə cərrahi əməliyyata üstünlük verilir.

Şəlpə qulaq əməliyyatına otoplastika deyilir. Bu əməliyyatda qulaqcıq və qulaq məməsindəki deformasiyalar və ya xəstəni narahat edən qulaq ölçüləri istənilən formaya gətirilir. Qulaqda qığırdağın həddindən artıq böyük olması, qulaqcıq və qulaq məməsində deformasiyaları şəklində müşahidə edilə bilər.

Otoplastika əməliyyatları qısa müddətdə baş tutur və rahat şəkildə sağalır. Böyük və ya əyri qulaqlar hər yaşda insanlar üçün problem ola bilər. Olduğu mühitlərdə insan özünü bu səbəbdən narahat hiss edə bilər. Bu problemlər otoplastika əməliyyatları ilə qısa müddətdə həll edilə bilməkdədir.

OTOPLASTİKA ƏMƏLİYYATI KİMLƏRƏ EDİLİR?

Otoplastika əməliyyatı qulaq qığırdağında problemli görüntü olduğu zaman edilir. Bu əməliyyat ilə həll oluna bilən problemlər bunlardır:

  • Qulaq qığırdaqlarının uyğunsuz görünüşü və ya deformasiyaları olduğu hallarda otoplastika tətbiq oluna bilər.
  • Qulaq qığırdaqları normaldan böyükdürsə, otoplastika tətbiq oluna bilər.
  • Qulaq qığırdaqları qabağa çıxırsa, qığırdaq geriyə doğru yerləşdirilə bilər.
  • Qulaq məməsindəki deformasiyalar otoplastika ilə düzəldilə bilər.

Şəlpə qulaq plastik əməliyyatı olaraq bilinən otoplastikada yuxarı yaş həddi yoxdur. Digər estetik əməliyyatlar 18 yaşından əvvəl edilmədiyi halda, bu əməliyyat 4-5 yaşdan etibarən edilə bilər. Xüsusilə kiçik yaşlarda uşağın social əlaqələr qurarkən pis təsirlənməməsi üçün erkən yaşlarda bu əməliyyata üstünlük verilə bilər. Qulaq inkişafı 4 yaşa qədər tamamlanır. Ona görə də yaş həddi dörddən başlayır.

OTOPLASTİKA ƏMƏLİYYATI NECƏ EDİLİR?

Otoplastika əməliyyatları problemli nahiyəyə və xəstənin yaşına uyğun olaraq müxtəlif üsullardan istifadə edilərək həyata keçirilir. Erkən yaşlarda qığırdaq elastikliyinin üstünlüyünə görə, qulaqda olan problem tikişlərlə istənlən formaya gətirilə bilər. Qulaqda artıqlıq yaradan qığırdaq, yumşaq toxuma lazım olduqda istifadə oluna bilər.

Bu əməliyyatların hər birində qulaq arxası kəsilir, əməliyyatdan sonra tikişlər qoyulur və nahiyə sarğı ilə bağlanır. Elastik bir bandaj qoyulur.

Əməliyyat xəstənin ehtiyacından asılı olaraq ümumi və ya lokal anesteziya altında həyata keçirilə bilər. Əgər lokal anesteziya tətbiq olunubsa, xəstənin həmin gün xəstəxanadan evə buraxılması mümkündür.

OTOPLASTIKA ƏMƏLIYYATININ ƏMƏLİYYATININ RİSKLƏRİ VƏ YAN TƏSİRLƏRİ

Otoplastika əməliyyatlarında qanaxma ehtimalı çox azdır, lakin nadir hallarda qan bir yerə yığılması müşahidə edilə bilər. Bu müalicə edilə bilən bir vəziyyətdir. Əməliyyatdan sonra infeksiyanın qarşısını almaq üçün müntəmadi olaraq sarğı tövsiyə olunur.

Əməliyyatdan sonra bir müddət istifadə edilən bandajlar əməliyyat zamanı əldə edilən formanın qorunmasına da kömək edir. Otoplastika əməliyyatlarının böyük faizi uğurla nəticələnir.

OTOPLASTIKA ƏMƏLIYYATININ SAĞALMA VƏ  TƏSİR MÜDDƏTİ

Otoplastika plastikası qalıcı bir əməliyyatdır. Əməliyyatdan sonra sarğı ilk həftə gecə-gündüz istifadə edilməlidir. İkinci həftə isə yalnız gecə istifadə olunur. Əgər əməliyyat olunan xəstə uşaq yaşlarındadırsa, bir həftə sonra məktəbə qayıda bilər. Əməliyyatdan sonra müntəzəm olaraq sarğı tövsiyə olunur.

Əgər əməliyyatda öz-özünə əriyən tikişlərdən istifadə edilirsə, tikişlərin çıxarılmasına ehtiyac yoxdur. Bu növ tikişlərdən istifadə edilməyibsə, bir müddət sonra tikişlər həkiminiz tərəfindən açılacaqdır. Böyüklərdə işə qayıtmaq üçün vaxt bir həftədən daha azdır, hətta növbəti günü işlərinə gedə bilərlər.

Əməliyyatdan sonra xəstənin ehtiyaclarına uyğun olaraq həkimlə olacaq müayinələri planlaşdırılır. Zaman keçdikcə müayinələrin   sıxlıq dərəcəsi azalsa da, nəzarət 6 ay boyuncaya qədər davam edir. Əməliyyatda açılan kəsik qulağın arxasında olduğu üçün əməliyyat izləri görünmür.

DİQQƏT EDİLMƏLİ OLANLAR

Otoplastika estetik əməliyyatından əvvəl və sonra diqqət yetirilməli olan məqamlar bunlardır:

  • Əməliyyatdan əvvəl həkiminizə keçirmiş olduğunuz xəstəliklər, istifadə etdiyiniz dərmanlar və nəyəsə qarşı allergiyanız varsa bu haqqda həkimə tam məlumat verilməlidir.
  • Aspirin kimi dərmanlar əməliyyatdan ən az 7 gün əvvəl dayandırılmalı və həkiminiz göstəriş verənə qədər istifadə edilməməlidir.
  • Əməliyyatdan sonra göstərilən müddət ərzində sarğı açılmamalıdır. Sarğı yalnız təyin olunan gündə dəyişdirilməlidir.
  • Əməliyyatdan sonra həkim müayinələrinə davam edilməldir.

• Bandajdan istifadə həkimin təyin etdiyi müddət ərzində davam etdirilməlidir.

TEZ NÖVBƏYƏ YAZIL