Penis böyütmə
Normal Penis Ölçüsü Nə qədərdir?
Ereksiya olmayan halda penisin ortalama uzunluğu 5-8 sm-dir. Penis ereksiya olduqdan sonra uzunluğu və eni böyüyür, həcmin artması ilə penisin uzanması baş verir. Ereksiya halında normal penis ortalama olaraq 13-15 sm uzunluğuna çatır.
Ereksiya halında penis standart ölçüdən (11-12 sm) aşağı olarsa, cinsiyyət orqanının uzunluğunun qısa olduğu diaqnozu qoyulur və bu vəziyyətdə olan kişilər isə penis böyütməy əməliyyatına müraciət edə bilərlər. Bundan əlavə, cinsiyyət üzvünün eninə böyüməsi olan penisin qalınlığı insandan insana fərqli ola bilər.
Penis ölçüsünün uzadılması
Penis böyütmə əməliyyatı cinsiyyət üzvünün səthi və dərialtı bağlarını gərməklə onun görünməyən hissəsinin üzə çıxarılması prosesidir.
Bu prosedurla cinsiyyət orqanının normalda mövcud olan, lakin içəridə qalmış görünməyən hissəsi ortaya çıxardılaraq, cinsiyyət orqanının boyu uzadılır. Prosedurdan sonra penis ölçüsündə olan dəyişimi həm penisin boşalmış vəziyyətdə, həm də ereksiya vəziyyətində aydın görmək olar.
Penis uzatma əməliyyatı dünyada ən müasir və xəstələrin məmnun olduğu prosedurlardan biridir. Əməliyyat penisdə ereksiya, həssaslıq və hissiyyat itkisinə səbəb olmamaqdadır.
Prosedur sadəcə olaraq penisin daxili toxumasının xaricə doğru irəliləməsi kimi müəyyən edilə bilər. Prosedurun sonunda penisdə maksimum 3-4 sm xalis uzanma əldə edilir.