Barbaros, Batı Ataşehir Ağaoğlu My Newwork No: 3 34746 Ataşehir/İstanbul

Bizi izlə!

Yağ Köçürülməsi

Yağ köçürülməsi nədir? Yağ köçürülməsi necə edilir?

 

Yağ köçürülməsi xəstənin bədəninin hər hansı bir yerində mövcud olan piylərin alınaraq müxtəlif nahiyələrə yeridilməsi ilə baş verən bir prosesdir.

 

Xüsusilə qarın və popo nahiyəsindən alınan piylər sinə böyütmə, üz estetikasında və dodaq böyütmədə istifadə edilə bilər. Yağ köçürülmədə alınan piy toxuması funksiyasını itirmədən yeni nahiyəyə tətbiq edildiyi üçün toxuma canlılığını qoruyur.

 

Yağ köçürülməsi hansı prosedurlarda tətbiq olunur?

 

  • Dodaq dolğusu

 

  • Sinə böyütmə

 

  • Popo şəkilləndirməı

 

  • Üzdəki boşluqların doldurulması

 

  • Liposaksiya əməliyyatından sonra yaranan boşluqların doldurulması.

 

Yağ Köçürülməsi Necə Tətbiq Edilir?

 

Bu prosedur ümumi və ya lokal anesteziya altında həyata keçirilir. Piy alındıqdan sonra alınan piy toxuması üzərində müxtəlif proseslər tətbiq edilərək köçürülməyə uyğun hala gətirilir və sonra yeridiləcək nahiyəyə vurularaq prosedur həyata keçirilir.

 

Yağ köçürmə prosesində xəstənin öz piy toxumasından istifadə edildiyi üçün müvəffəqiyyət və qalıcılıq nisbəti kifayət qədər yüksəkdir. Yağ köçürmə prosesi adətən bir gün ərzində tamamlanır.

 

Prosedurdan sonra yağ köçürmə prosesinin tətbiq olunduğu bölgədə bir qədər şişkinlik meydana gələ bilər və bu nahiyəyə buz masajı tətbiq edilərək ödem kimi problemlər aradan qaldırıla bilər. Bundan əlavə, prosedurun aparıldığı nahiyədə müvəqqəti hissiyat itkisi ola bilər və bu hissiyat  itkisi uzun müddət davam edərsə mütləq həkiminizə müraciət etməlisiniz.

TEZ NÖVBƏYƏ YAZIL