BURUN ESTETİK ƏMƏLİYYATI NİYƏ EDİLİR?
Burun estetik əməliyyatı buruna yenidən forma vermək, daha gənc və üzdə daha estetik görünüş yaratmaq üçün edilir.
Burunun ölçüsü kiçildilə bilər; burun ilə üst dodaq arasındakı məsafə qısaldıla bilər, burunun ucu dəyişdirilə bilər, burundakı girinti və çıxıntı kimi digər qüsurlar düzəldilə bilər. Əgər burnunuzun görünüşündən razı deyilsinizsə, burun estetik əməliyyatı tətbiq oluna bilər.
Burun estetik əməliyyatı ilə burnun ölçüsü, forması və yerləşməsi dəyişdirilə bilər; üzün qalan hissəsi ilə mütənasib formaya gətirilə bilər.
Bundan əlavə nəfəs darlığı kimi tənəffüs problemləri də aradan qaldırıla bilər.
Burun əməliyyatının nəticəsi istək və gözləntilərinizə görə dəyişir. Əməliyyatın məqsədini təyin edən zaman həkiminizlə yaxşı şəkildə ünsiyyət qurmanız vacibdir.
Burun əməliyyatının nəticələri qalıcıdır, lakin gələcəkdə travmaya məruz qalarsa nəticələr dəyişə bilər. Burun əməliyyatı 18 yaşını tamamlamış şəxslərə tətbiq edilməkdədir.
Bu yaşdan əvvəl əməliyyat edilərsə, burun inkişafının davam etməsi əməliyyatın nəticələrini dəyişə biləcəyi üçün 18 yaşdan aşağı olanlara məsləhət görülmür.
BURUN ƏMƏLİYYATI KİMLƏR ÜÇÜN UYĞUNDUR?
Burun əməliyyatı ən çox burnunun görünüşündən məmnun olmayan şəxslərə tətbiq edilir.
Burnun üzlə uyğun ölçüdə və mütənasib olması üçün edilir. Burun əməliyyatı fiziki qüsuru və qəzalar nəticəsində nəfəs darlığı olan şəxlərə də tətbiq edilməkdədir.
Burun əməliyyatı aşağıdakı xüsusiyyətlərə malik olan şəxslərə tətbiq oluna bilər:
• Üz quruluşuna görə çox böyük və ya çox kiçik burnu olanlar.
• Burun çəpər əyriliyi olanlar.
• Geniş buruna sahib olanlar.
• Əyri, nahamar və böyük burun ucu olanlar.
• Burnunun bir hissəsi qeyri-simmetrik olacaq şəkildə zədələnmiş şəxslər.
• Burun daxili quruluşunda uyğunsuzluq səbəbiylə tənəffüs problemi olanlar.
BURUN ESTETİK ƏMƏLİYYATI NECƏ EDİLİR?
Burun nahiyəsində müxtəlif təsirlərdən yaranan deformasiyaları aradan qaldırmaq üçün də burun estetik əməliyyatı tətbiq edilir.
Bu deformasiyaların yaratdığı tənəffüs və uyğunsuz görünüş kimi problemləri aradan qaldırmaq üçün müxtəlif üsullardan istifadə etməklə tətbiq olunmaqdadır. Bu üsul xəstə üçün xüsusi olaraq təyin edilir.
Əməliyyatın məqsədi, süni görünüş olmadan üzün qalan hissəsi ilə mükəmməl şəkildə uyğun olan təbii, lakin ideal formada bir burun əldə etməkdir.
Əməliyyat əsasən açıq və qapalı olaraq, ən sadə dillə desək, iki üsulla tətbiq edilir. Bunlara əlavə olaraq bəzi xəstələrdə qeyri-cərrahi üsul ilə də əməliyyat edilə bilər.
Sizin üçün ən uyğun üsul estetik cərrahınzla müayinə olunduqdan sonra həkiminizin tövsiyələri istiqamətində verəcəyiniz qərar olacaqdır.
BURUN ESTETİK ƏMƏLİYYATININ RİSKLƏRİ VƏ YAN TƏSİRLƏRİ
Burun əməliyyatından sonra göz və burun ətrafında müvəqqəti şişlik, ödem və göyərmələrin olması normaldır.
Digər baş verəbiləcək hallar:
• Qanaxma
• Burun çəpərində (burun dəliklərini ayıran arakəsmə) zədədlənmə
• Dəri səthinin pozulması (dəri nekrozu), dəri qıcıqlanması kimi dəri problemləri
• İnfeksiya (bu riski azaltmaq üçün əməliyyatdan sonra profilaktik antibiotiklər verilir)
• Burundakı ödem səbəbiylə burun tutulması
• Anesteziya fəsadları
• Əməliyyatın estetik nəticələri nadir hallarda gözləntiləri qarşılamır.
BURUN ESTETİK ƏMƏLİYYATINDAN SONRA
Əməliyyatdan sonra yüngül ödem və dəridə göyərmə ola bilər. Soyuq kompres tətbiq etmək şişkinliyi, göyərmələri və ağrıları azaldır.
Burun əməliyyatından sonra sağalma müddəti cərrahın təcrübəsindən və əməliyyat olunacaq şəxsin dəri və toxuma xüsusiyyətlərindən asılı olaraq bir neçə gündən iki həftəyə qədər dəyişə bilər.
Əməliyyatdan sonra nəzərə alınması lazım olanları aşağıdakı kimi ümumiləşdirə bilərik:
• Əməliyyatdan sonrakı ilk iki gün qalın yastıqla yatmaq məsləhətdir.
• İdmana yenidən başlamanız bir neçə həftə çəkə bilər.
• Həkiminiz tərəfindən icazə verilmədikcə ağır idmanla məşğul olmayın.
• Ən azı dörd həftə optik eynək və günəş eynəyi taxmayın.
• Həkiminizlə gündəlik görüşlərinizi axsatmayın (Adətən, sarğı və tikişlər bir həftədən sonra çıxarılır).
• Sarğı çıxarılana qədər vanna qəbul etmək əvəzinə həmin nahiyəni islatmadan duş alın.
• Sarğı və tənzifi həkiminizin göstərişi ilə dəyişdirin.
• Əməliyyatdan bir həftə sonra işinizə qayıda bilərsiniz.
Adətən xəstələr əməliyyatdan iki həftə sonra işə qayıda bilərlər. Bununla belə, onlar fəaliyyət göstərərkən iş ağırlığını nəzarətdə saxlamağa davam etməlidirlər.