KARBOKSİTERAPİYA
Doğuşdan sonrakı çatlar, sürətli çəki alıb-vermə və liposaksiyadan sonra yaranan çapıqlar, selülit, sallanma və boş dəri…
Bütün bu problemlər durğun həyatın, balanssız qidalanmanın, oksigenlə zəngin olmayan şəhər həyatının nəticəsi kimi zaman-zaman ortaya çıxır. Karboksiterapiya təbii regenerasiyanı həyata keçirmək baxımından effektiv müalicə üsuludur.
KARBOKSİTERAPİYA NƏ VƏD EDİR? NECƏ TƏSİR GÖSTƏRİR?
Karboksiterapiya ilk sınaqları 1925-ci ildə edilən və bu günə qədər müxtəlif sahələrdə geniş istifadə edilən bir müalicə üsuludur. Estetik sahədə yeni sayıla biləcək təsirli bir müalicə üsuludur. Ümumiyyətlə:
Selülitin aradan qaldırılmasında,
Çatların müalicələrində,
Dərinin sallanması və boşaldılması müalicələrində,
Zədələnmiş ərazilərin müalicəsində,
Piy toxumasının səbəb olduğu iri sinənin kiçildilməsi, sallanmaları aradan qaldırmaqda,
Bölgəsəl yağlanma olan nahiyələrdə uğurla istifadə olunur.
Karboksiterapiya orqanizmin karbon dioksid (Co2) qazına təbii reaksiyası nəticəsində karbon qazı olan nahiyəyə oksigenin göndərilməsi prinsipinə əsaslanır. Əslində, karbon qazının yağların deformasiyasından başqa heç bir effektiv funksiyası yoxdur. Mükəmməl sistemdə olan insan bədəni karbon qazını bədəndən çıxarmaq üçün bol oksigen göndərərək təbii bərpanı həyata keçirir. Bu prosesdə istifadə olunmayan kapilyarlar genişlənir, yenidən istifadə olunmağa başlayır və hətta yeni kapilyarlar əmələ gəlir.
KARBOKSİTERAPİYA BÖLGƏSƏL ARIQLAMA HƏR İNSANA TƏTBİQ OLUNA BİLƏRMİ?
Xərçəng xəstələrində,
Hamilə və əmizdirən qadınlarda,
Yüksək diabet xəstələrində,
Qanqren olan xəstələrdə,
Qanaxma problemi olan və Von Willebrand xəstələrində,
Varikoz damarları və tromboflebit
xəstələrində bu metod tətbiq edilmir.
KARBOKSİTERAPİYA İLƏ BÖLGƏSƏL ARIQLAMA HƏR NAHİYƏYƏ TƏTBİQ EDİLİRMİ?
Karboksiterapiya ilə bölgəsəl arıqlama bədənin hər bir hissəsinə təhlükəsiz şəkildə tətbiq oluna bilər.
KARBOKSİTERAPİYA SEANSLARININ SAYI
Karboksiterapiyanın bölgəsəl arıqlama seanslarının sayı insandan insana dəyişsə də, orta hesabla 15-20 seans çəkir. 5 – 7 seansdan sonra ilk reaksiyalar alınır və nəticələr görülür.
KARBOKSİTERAPİYA SEANS MÜDDƏTİ VƏ SEANS ARALIQLARI
Karboksiterapiyanın bölgəsəl arıqlama seansları təxminən 30-45 dəqiqə çəkir. Müraciət şəxsdən asılı olaraq 2-3 gün fasilələrlə edilir.
KARBOKSİTERAPİYA TƏTBİQ EDİLDİKDƏN SONRA XƏBƏRDARLIQLAR
Karboksiterapiya müalicəsindən sonra 4-6 saat ərzində duş, hovuz və sauna kimi fəaliyyətlərdən qaçınılmalı, bədənə su ilə təması dayandırılmalıdır. Daha sonra hər zamanki kimi gündəlik həyatınıza davam edə bilərsiniz.
ƏN ÇOX VERİLƏN SUALLAR
- Karboksiterapiyanın orqanizmə hər hansı bir zərəri varmı?
Karbon dioksid (Co2) bədənin tanıdığı rəngsiz, qoxusuz bir qazdır. Orqanizmdən tənəffüs yolları vasitəsilə xaric olur. Ona görə də heç bir zərəri yoxdur.
- Karboksiterapiya ağrı olan müalicədir?
Tamamilə ağrısız bir müalicə olduğunu söyləmək olmaz. Tətbiq zamanı həssas nahiyələrdə yüngül ağrı hiss oluna bilər. Ancaq prosedura mane olacaq ölçüdə heç bir ağrı yoxdur. İstifadə olunan iynələr çox nazikdir (30G). Ağrı hissiyüksək olan insanlar daha çox ağrı hiss edə bilər.
- Karboksiterapiyanın hər hansı yan təsiri varmı?
Karboksiterapiyadan sonra bədəndə damarların genişlənməsi səbəbindən yüngül qızartı və göyərmə ola bilər. Bu müvəqqəti təsirdir və bir neçə saat ərzində yox olacaq.
Karboksiterapiya üçün konsultasiya və testlər ödənişlidirmi?
Xeyr, istənilən vaxt görüş təyin etməklə ekspertlərimizlə məsləhətləşə və onların rəyini və ortalama qiymət haqqında məlumat ala bilərsiniz. E-mail, telefon və ya şəxsən klinikalarımıza gələrək bizimlə əlaqə saxlaya bilər, ağlınızdan keçən məsələlərlə bağlı məlumat ala bilərsiniz.
- Karboksiterapiya qalıcıdırmı? Yenə eyni problemlə üzləşəcəmmi?
İnanın, sizi rahatlaşdıracaq bir cavab vermək istərdik, amma təəssüf ki, bu yenə də sizin ixtiyarınızdadır. Yenidən eyni problemləri yaşamamaq üçün müalicədən sonra köhnə vərdişlərinizdən qurtulmalı və durğunluqdan uzaq daha aktiv bir həyat tərzinə yönəlməlisiniz. Yediklərinizə də diqqət etməli və sağlam pəhriz seçməlisiniz. Müalicədən sonra əldə edilən nəticəni qorumaq üçün məşqlər çox faydalıdır.