Lipomatik və Liposkulptur
Liposakşn yağın çəkilməsi deməkdirsə, liposkulptur yağ toxumasının çıxarılaraq düzəldilməsi və estetik cəhətdən forma verilməsi deməkdir. Liposkulptur əməliyyatı kürək, bel, qarın, bud daxili, omba, dizlərin daxili hissələri, çənə altı kimi müxtəlif bədən hissələrindən vakuum köməyi ilə yağlar çıxarıldıqdan sonra bədənə forma verilərək tamamlanır.
Tək başına və ya bəzi hallarda döş kiçiltmə vəböyütmə, qarın gərmə və ya buna bənzər digər plastik cərrahiyyə əməliyyatları zamanı istifadə edilə bilər. Liposkulptur kökəlməyə qarşı bir müalicə deyil. Əgər müntəzəm olaraq idman edirsinizsə və aşağı kalorili qidalar yeyirsinizsə, bölgəsəl piylənmə ilə bağlı genetik probleminiz varsa, bu prosedurdan istifadə etməyinizdə fayda var.
Liposkulptur əməliyyatı üçün uyğunammı?
Bütün digər estetik əməliyyatlarda olduğu kimi, liposkulptur əməliyyatında da başqaları istədiyi üçün deyil, yalnız özünüz istədiyiniz üçün qərar verməlisiniz. Bədəninizin müəyyən hissələrində yağ yığılması varsa və bu bölgəsəl yağlanmanı pəhriz və idmanla həll edə bilmirsinizsə, liposkulptur əməliyyatı edə bilərsiniz.
Liposkulptur Qiymətləri
Liposkulptur qiymətləri dəyişkənlik göstərməkdədir . Liposkulpturun qiymətindən daha vacib olan cərrahın təcrübəsi və klinikanın bu əməliyyat üçün nə qədər uyğun olmasıdır. Bu səbəbdən liposkulptur əməliyyatı üçün klinika və ya cərrah seçərkən unutmayın ki, həkimin təcrübəsi qiymətdən çox daha önəmlidir.
LİPOSKULPTUR MÜAYİNƏSİNİ NECƏ APARILACAQDIR?
Estetik İnternational klinikalarına gəldiyiniz zaman ilk olaraq həkiminiz sizi müayinə edəcək və əməliyyatdan öncəki şəkilləriniz tibbi fotoqrafımız tərəfindən çəkiləcək. Müayinə zamanı xəstəlik tarixçənizi, dərmanlarınızı, dərman allergiyasını və bütün digər məlumatları həkiminizlə paylaşmalısınız. Həkimimiz əldə etdiyi məlumatlar ilə əməliyyatınızın bütün qiymətləndirmələrini aparacaqdır. Müayinədən sonra vəziyyətinizə uyğun olaraq əməliyyatdan əvvəl edilməli olan bütün detalları sizinlə paylaşacaq. İlk müayinəniz zamanı istəklərinizi həkiminizə açıq şəkildə bildirməyiniz əməliyyatdan sonra yaşayacağınız məmnunluq dərəcəsi üçün çox əhəmiyyətlidir. Həm də həkiminizə ideal çəkiniz və uşaq sahibi olmaq kimi gələcək üçün planlarınız barədə məlumat verməlisiniz.
Liposkulptur proseduru ilə yanaşı, əməliyyatdan əvvəl xəstə ilə görüş, müayinə və xəstənin öz həkiminə güvəni də çox önəmlidir. Ona görə də həkimlə pasiyent arasında qarşılıqlı sualların verilməsi faydalıdır. Bundan əlavə, həkiminiz liposkulptur əməliyyatı ilə bağlı suallarınızı cavablandıracaq və istifadə edəcəyi üsullardan danışacaq. Tibbi qeydlər almaq üçün o, şəklinizi çəkir və prosedurun aparılacağı sahənin ölçməsini aparır. Olabiləcək risklər və ya yan təsirlər barədə həkiminizdən məlumat alın.
Liposkulptur əməliyyatından sonra
Liposkulptur əməliyyatından sonra şişkinliyin tamamilə yox olması bir neçə həftə çəkə bilər. Hər keçən gün bədəniniz yeni formasına uyğunlaşır. Əgər çəkiyə nəzarət edərək sağlam bir həyat sürsəniz, liposkulptur sizin üçün uyğun və forumlu bir həyatın qapılarını açacaq. Əhəmiyyətli olan çəkinizi sabit saxlamaq, idman etmək və həyat tərzinizi dəyişdirərək yaşamaqdır. Xəstəxananı tərk edən zaman etməli olduğunuz prosedurlarla bağlı məlumat almağınızı tövsiyə edirik.