Mədə Botoksu
Kilolu bədən həm sağlamlıq, həm də görünüş baxımından arzuolunmaz bədən formasıdır. İncəlmə və arıqlamaq üçün bir çox müalicə üsulları hazırlanmışdır.
Əməliyyatsız Arıqlamaq
Mədə botoksunda məqsəd; Mədənin lazımlı nöqtələrində bədənə zərərsiz maddələr yeridərək mədənin gec boşalmasını təmin etməkdir.
Bu sayədə insan daha uzun müddət toxluq hiss edir və iştahını idarə edərək arıqlaması daha asan olur.
Artıq çəkisi olan, yalnız idman edərək arıqlaya bilməyən və arıqlamaq istəyən insanlar əməliyyatsız arıqlama üsulu olan mədə bοtoksunu seçə bilərlər.
Prosedurun Gedişatı
Mədə botoksu sedativ anesteziya üsulu ilə həyata keçirilən əməliyyatdır.
Prosedurdan əvvəl endoskopiya aparılır və heç bir problem (mədədə xora, yara və s.) yoxdursa, prosedur davam etdirilir.
Xəstə prosedur bitdikdən sonra beş-on dəqiqə ərzində oyanır. Hər hansı endoskopiya əməliyyatı keçirmiş xəstə kimi yarım saat istirahət otağında qalaraq evə gedir.
Prosedurdan Sonra
Mədə botoksundan sonra xəstələr 2 saat dincəlir və gündəlik həyatlarına davam edirlər.
Uzun keçən sağalma müddəti və s. ilə qarşılaşmadıqları üçünsosial həyatlarını çox rahat davam edə bilirlər.
Prosedura baş vuran şəxslər indiki artıq çəkilərinə uyğun olaraq 10 ilə 15 kiloqram arasında arıqlaya bilərlər. Prosedurdan sonra qidalanma planına riayət etmək müalicədən istədiyiniz nəticəni almanızı təmin edəcək.