Barbaros, Batı Ataşehir Ağaoğlu My Newwork No: 3 34746 Ataşehir/İstanbul

Bizi izlə!

ƏMƏLİYYATSIZ BURUN KORREKSİYASI

ƏMƏLİYYATSIZ BURUN KORREKSİYASI NƏDİR?

 

Cərrahi yolla olunan burun əməliyyatının nəticəsi ömürlükdür.

Hər nə qədər təkrar cərrahi əməliyatlarla bu nəticə dəyişdirilə bilinsə də bahalı və uzun bir prosesdir.

Əməliyyatsiz burun korreksiyasında istifadə olunan dolğular zamanla öz təsirini itirdiyi üçün əməliyyatın mümkün nəticələrini müşahidə etmək və qısa müddətdə estetik görünüş əldə etmək üçün istifadə oluna bilər. Dolğu üsulu bir çox estetik əməliyyatlarda istifadə edildiyi üçün daha güvənlidir.

 

Burun nahiyəsi genetik və ətraf mühit faktorlarından asılı olaraq müxtəlif problemlərlə üzləşə bilər.

 

Bu problemlərin son həlli cərrahi əməliyyat olsa da, cərrahi müdaxilənin müxtəlif risk və mənfi cəhətləri və qeyri-cərrahi üsulların praktikliyi səbəbindən pasiyentlər əməliyyatsiz burun korreksiyasına üstünlük verə bilərlər.

 

Prosedurun asan və ilkin vəziyyətinə qaytarıla bilən nəticələr verməsi pasiyentlərin əməliyyatsız rinoplastikaya üstünlük vermələrinin səbəblərindəndir.

 

ƏMƏLİYYATSIZ BURUN KORREKSİYASI KİMLƏRƏ EDİLİR?

 

Əməliyyatsız burun korreksiyasına üstünlük verən bir çox fikirlər var. Əvvəlcə burun nahiyəsindəki problemin ölçüsü cərrahi müdaxilə ilə gözə alınacaq risklərə cavab vermirsə, xəstələr əməliyyatsız burun korreksiyas üsuluna üstünlük verir və qarşılaşa biləcəkləri riskləri minimuma endirirlər.

 

İkincisi, cərrahi əməliyyatın nəticələrini əvvəlki vəziyyətinə qaytarmağın çətin olduğunu bildikləri üçün cərrahi əməliyyata baş vuracaq olan pasiyentlər nəticələri bir növ əvvəlcədən görmək üçün bu üsulu sınayır və nəticələri əvvəlcədən müşahidə edirlər.

 

Bundan əlavə, hələ burun nahiyəsində böyük dəyişikliklər etmək istəməyənlər, burun ucu aşağıya doğru olanlar, düz olmasına baxmayaraq burnunu azacıq qaldırmaq istəyənlər, profil uyğunsuzluqları və burun ucu problemi olanlar, kontur plastikası etmək istəyənlər bu əməliyyata üstünlük verməkdədir.

 

Nəticə olaraq xəstələr cərrahi əməliyyat olmayan üsulla həll edilə bilən bütün problemlər üçün bu üsula üstünlük verir və cərrahi müdaxilənin nəticəsini görməyi hədəfləyir.

 

ƏMƏLİYYATSIZ BURUN KORREKSİYASI NECƏ EDİLİR?

 

Əməliyyatsız burun korreksiyası sadə və sürətli bir prosedurdur. Prosedur zamanı anesteziya tələb olunmasa da, bəzi xəstələrdə lokal anesteziya tətbiq oluna bilər.

 

İlk növbədə hansı nahiyələrin müdaxilə ediləcəyini, yəni hansı hissələrin doldurulacağını müəyyən etmək lazımdır. Korreksiyanın tətbiq edilməsi baxımından hansı nahiyələrin düzgün doldurulacağının müəyyən edilməsi və bu nahiyələrdə nə qədər dolğu materialının istifadə ediləcəyinin müəyyənləşdirilməsi vacibdir.

 

Doldurma maddəsinin tərkibi hialuron turşusundan ibarətdir ki, bu da vurulduğu nahiyədə su toplama qabiliyyətini artırır və nəticədə daha dolğun görünüş əldə edilir. Dolgu maddəsi kimi istifadə olunan hyaluron turşu dolğusu laboratoriya şəraitində hazırlanır və dəriyə uyğun gələn bir maddədir.

 

Dolğu vurulacaq nahiyənin və dolğu materialının miqdarının müəyyən edilməsindən sonrakı prosesdə hazırlanmış dolğu materialı nazik iynə vasitəsilə burun nahiyəsinə yeridilir.

 

Bu proses qırışların və boşluqların qarşısının alınmasında uzunmüddət təsirini göstərir. Burun ucunu qaldırmaq üçün də bu funksiyanı yerinə yetirən əzələlər doldurulur və əzələlərin bərk forma alaraq burun ucunu qaldırması hədəflənir.

DİQQƏT EDİLMƏLİ OLANLAR

Əməliyyatsız burun korreksiyası sadə və qısa zaman alan prosedurdur. Ancaq sadə və qısa olması heç bir şeyə diqqət edilməməsi demək deyildir. Prosedurdan əvvəl və sonra müəyyən məqamlara diqqət yetirmək vacibdir.

 

Proseduru həyata keçirəcək həkimlə xəstə arasında tam razılıq olmalıdır. Bu, ilk dəfədə nəticə əldə etmək baxımından əhəmiyyətlidir. Lazım gələrsə, təkrar inyeksiyalarla daha yaxşı nəticə əldə etmək məqsədəuyğundur.

 

Dolğu maddəsinin qalması və istədiyiniz bölgəyə təsir etməsi üçün inyeksiya nahiyələrinə olunan sərt masaj və hərəkətlərdən qaçınılmalıdır.

 

Xəstənin duş qəbul etməsində heç bir problem yoxdur, ancaq dolğu olan nahiyəni həddindən artıq isti və həddindən artıq soyuq sudan qorumaq lazımdır.

Prosedurdan sonrakı həftə ərzində xəstə burun nahiyəsinə kosmetik məhsullar sürməməli və bu nahiyəni kimyəvi məhsullardan uzaq tutmalıdır.

TEZ NÖVBƏYƏ YAZIL