Barbaros, Batı Ataşehir Ağaoğlu My Newwork No: 3 34746 Ataşehir/İstanbul

Bizi izlə!

Bariatrik Cərrahiyyə Prosedurları

Bariatrik Cərrahiyyə Prosedurları

Bariatrik cərrahiyyə əməliyyatları iki əsas prinsip əsasında həyata keçirilir. Birincisi, qida qəbulunun məhdudlaşdırıldığı/azaldılan mədə rezervuarının (restriktiv) olduğu müdaxilələrdir; ikincisi, qida qəbulunun məhdudlaşdırılması ilə yanaşı, malabsorbsiyaya səbəb olan malabsorbsiya müdaxilələridir.

Bu prosedurlardan başqa, bəzi müdaxilələr iki əsas prinsipi əsaslanır; bunlara “qrup” müdaxilələr deyilir.

Mədə həcminin məhdudlaşdırıldığı (restriktiv) üsullar

1.Mədə Balonu

Mədə balonu ümumi anesteziyaya ehtiyac olmadan endoskopik olaraq edilən bir üsuldur. Bu üsulda prosedur üçün müəyyən xüsusiyyətlərə malik olan bir balon endoskopik olaraq mədəyə yerləşdirilir və sonra şişirilir.

Beləliklə, mədədə həcm məhdudiyyəti təmin edilir və həddindən artıq qida qəbulunun qarşısı alınır. Mədə balonu mədədə maksimum 6 ay qalır, balon yenə  endoskopiya ilə çıxarılır.

  1. Tənzimlənə bilən mədə bantı

Tənzimlənə bilən mədə bantı 1990-cı illərdə daha çox tələb edildiyi halda, günümüzdə çox seçilməyən bariatrik üsullardan biridir.

Bu əməliyyatda mədənin üst hissəsinə şişə bilən bir bant taxılır; mədə iki hissəyə ayrılır. Mədənin üst hissəsi kiçik, aşağı hissəsi böyük olur; hissələr arasında çox kiçik bir kanal buraxılır. Mədə bandı tənzimlənə bilən xüsusiyyətə malik olduğu üçün istənildikdə bant daha da sıxıla bilər və mədə həcmi daha da azaldıla bilər.

  1. Sleeve Qastrektomiya

Mədənin cərrahi yolla kiçildilməsidir. Mədə həcmi azaldılaraq pasientin daha az qida ilə doyması nəzərdə tutulur. Həmçinin mədənin fundus adlandırdığımız dib hissəsi əməliyyat nəticəsində çıxarıldığı üçün fundusda ifraz olunan iştah hormonunun (grelin hormonu) səviyyəsi kəskin azalır, bu isə iştahanın azalmasına və tez doyma hissinin yaranmasına səbəb olur.

Kiçilәn mәdәnin, tәbii ki nәticәsi olaraq insanlar әmәliyyat sonrasında kilo itirir vә özlәrinә yeni hәyat tәrzı yaradırıar. Bu dәyişiklik insanların hәm bәdәnsәl hәm dә psixoloji olaraq yaxşı yaşamasına sәbәb olur.

  1. Vertikal Sleev Qastrektomiya

Bariatrik cərrahiyyənin bu proseduru çox seçilən bir növ deyil. Mədənin ön və arxa hissələri ştapellərlə bir-birinə bağlanır və bunun ucuna  genişlənməsinin qarşısını almaq üçün bir üzük bağlanır.

Beləliklə, mədədə heç bir kəsik olmadan kiçik bir ön mədə/kisə əmələ gəlir. Qəbul edilən qida ilk olaraq mədəyə gəlir və daha az yeməklə toxluq hissi yaranır.

Sorulmanı əngəlləyən (malobsorbtiv) üsullar

  1. Biliopankreatik Diversiya

Biliopankreatik üsulu ilə yağ və karbohidratların sorulmasını əngəlləmək hədəflənir. Mədənin üçdə ikisi çıxarılır və qalan mədə bağırsağın ortasına bağlanır.

Bu prosesdən sonra orqanizmdə ciddi malabsorbsiya yaranır və təkcə yağ və karbohidratların deyil, həm də minerallardan dəmir və kalsium kimi qida maddələrinin sorulması əngəllənir. Buna görə də BPD-dən sonra insanların xüsusilə protein, vitamin və mineral dəstəyi  görməsi lazımdır.

  1. Duedonal Switch

BPD metoduna başqa bir alternativ üsul duodenal switch üsuludur. DS ilə distal qastrektomiya yerinə vertikal mədə əməliyyatı aparılır. Mədənin çox hissəsi çıxarılır, nazik bağırsaq bölünür və bir ucu mədə ilə birləşdirilir.

Mədəyə daxil olan qida birbaşa bağırsağa daxil olur. Absorbsiya mədə və mədəaltı vəzidən ifraz olunan həzm fermentləri ilə həyata keçirilir. Bu tətbiqin BPD-dən fərqi ondan ibarətdir ki, bu üsulda absorbsiya daha çox təmin edilir.

Qrup (restriktiv və malabsorbtiv) bariatrik prosedurlar

Roux-En-Ygastric Bypass (RYGB)

Bu prosedurda mədə və onikibarmaq bağırsağın qalan hissəsini qidalardan uzaq tutmaq üçün kiçik bir mədə kisəsi yaradılır. Malabsorptiv komponentin miqdarını artırmaq və ya azaltmaq üçün bypass edilmiş nazik bağırsağın uzunluğu dəyişdirilə bilər. Roux-en-Y Gastric Bypass-ın təsdiq edilmiş müvəffəqiyyətinə baxmayaraq, bir çox riski var.

Qidalanma (vitamin qəbulu) və mayelər

 

Əməliyyatdan bir neçə həftə sonra diyetoloqunuz yeni formalı mədənizə uyğunlaşmağınıza kömək etmək üçün sizə bir qidalanma planı hazırlayacaqdır. Bu, bir müddət maye pəhrizdən, sonra yumşaq və ya püre şəkilində olan qidalardan və son olaraq, daha normal qidalardan ibarətdir.

İlk bir neçə ay ərzində dehidrasiya (maye itkisi), qəbizlik və böyrək daşlarının qarşısını almaq üçün kifayət qədər maye içmək çox vacibdir: gündə 2 litr və ya daha çox su içməyi hədəflənir. Gündəlik diyetlərinizə əlavə olaraq, ümumiyyətlə aşağıdakılarıdan ibarət ömürlük vərdişə ehtiyacınız olacaq:

  • Multivitamin
  • Vitamin D
  • Kalsium
  • Dəmir
  • Vitamin B12

Əməliyyatdan sonra sağlam həyat tərzi sizə ən yaxşı həyat keyfiyyətini təqdim edəcək. Proteinlə zəngin qidalar; xəstəliyinizdən, işinizin növündən və fəaliyyət səviyyənizdən asılı olaraq gündə 60-100 q protein qəbul etmək tövsiyə olunur.

Peçenye, tortlar, şirniyyat, meyvə şirəsi və ya digər qənnadı məmulatları kimi qlisemik indeksi yüksək olan (qan şəkərini tez yüksəldən və həddindən artıq insulin ifrazına səbəb olan) qidaları, xüsusən də rəfinəedilmiş karbohidratları (ağ çörəklər, makaronlar, krakerlər, təmizlənmiş taxıllar) məhdudlaşdıraraq arıqlamanızı daha da uğurlu edə bilər.

Arıqlamadan sonra hansı vitamin və mineral əlavələri qəbul etməliyəm?

Vitamin D tərkibli multivitamin, kalsium və bəzi hallarda əlavə dəmir və/və ya B12 vitamini dəstəyi qəbul etməlisiniz. Cərrahi əməliyyatın növünə görə vitaminin qəbul edilməsi də dəyişdiyi üçün əməliyyatınıza uyğun olaraq vitamin dəstəyi alacaqsınız.

Nə zamana qədər vitamin əlavələri qəbul etməliyəm?

Vitamin və mineral əlavələr ömürlük zərurətdir.

Gündəlik nə qədər protein qəbul etməliyəm?

Əksər xəstələr gündə 60-80 qram qəbul edirlər, lakin bəziləri cərrahiyə və ya əməliyyat növündən asılı olaraq daha çox tələb edə bilər. Dietoloqunuz daha ətraflı məlumat verə bilər.

Bütün proteini bir dəfədə qəbu ledə bilərəmmi?

Protein hər yeməkdə yeyilməli və gün ərzində qəlyanaltılar edilməlidir. Bir dəfəyə 30 qramdan çox protein qəbul etməyin əlavə faydaları olub-olmadığı bilinmir. Bir dəfədə çox protein qəbulu sidiklə kalsium itkisini artırır.

Zülal daha uzun müddət toxluq hiss etmənizə kömək edən bir qidadır. Hər yeməkdə və ya qəlyanaltıda protein əlavə etməyə çalışsanız, aclıq hiss etməyəcəksiniz.

Proteini necə əldə edə bilərəm? Vegetarianlar necə qidalanmalıdır?

Hətta xüsusi pəhriz ehtiyacları və ya yönəlimləri olanlar üçün bir çox seçim var. Diyetisyeniniz protein mənbələri haqqında əlavə məlumat verə bilər.

Ət, yumurta, süd məhsulları, tofu, lobya və mərcimək kimi paxlalılar gündəlik qidalarda ümumi protein qaynaqlarıdır. Zərdab və soya ilə hazırlanan zülal əlavələri adətən mağazalarda mövcuddur və protein ehtiyaclarınızı ödəməyə kömək edə bilər.

Bariatrik əməliyyatdan sonra kofeindən uzaq durmalıyam?

Mədə həddindən artıq həssas olduqda əməliyyatdan sonra ilk otuz gün ərzində kofeindən qaçınmaq yaxşı haldır. Kofein tez-tez şəkərli, yüksək kalorili içkilərlə qəbul edildiyi üçün həddindən artıq istifadəsi məsləhət görülmür. Əgər şəkərsiz çay və kofe istehlak etsəniz, problem olmayacaq.

Maye qəbulu niyə vacibdir?

Dehidrasiya əməliyyatdan sonra xəstəxanaya yerləşdirmənin ən çox yayılmış səbəbidir. Bədəninizin optimal işləməsi üçün kifayət qədər maye qəbul etmədikdə dehidrasiya baş verir. Bədəninizdə yığılan yağların yandırılması üçün su da lazımdır. Gün ərzində, xüsusilə evdən uzaqda olduğunuz zaman bir şüşə su daşıyın. Susuz olmasanız belə özünüzə xatırladın.

Gündəlik 2-3 litr maye içmək yaxşıdır. Gün  ərzində 5-10 dəfə idrar edib-etmədiyinizi yoxlayaraq kifayət qədər maye qəbul edib-etmədiyinizi ölçə bilərsiniz. Dehidrasiya tapıntıları; Susuzluq hissi, baş ağrısı, sərt nəcis və ya başgicəllənmə ola bilər.

TEZ NÖVBƏYƏ YAZIL